AZ

Dünya şöhrətli azərbaycanlı Əkbər Behkəlam vəfat edib

Almaniyada yaşayan azərbaycanlı əsilli dünya şöhrətli rəssam və heykəltəraş Əkbər Behkəlam vəfat edib.

XəzərNews.az xəbər verir ki, Ə.Behkəlam 1944-cü il sentyabrın 16-da Güney Azərbaycanın Təbriz şəhərində anadan olub. 1961-ci ildən 1964-cü ilə qədər Təbriz Rəssamlıq Akademiyasında təhsil alıb. Hərbi xidmətdən sonra Türkiyənin İstanbul şəhərinə köçüb. Memar Sinan adına İncəsənət Universitetinə daxil olub. Türkiyənin məşhur rəssamı Bədri Rəhmi Əyyuboğlunun tələbəsi olub.

1972-1974 -cü illərdə Paris, Frankfurt, Roma və Berlin də daxil olmaqla Avropanın müxtəlif şəhərlərində yaşayıb. 1974-cü ildə Təbriz Rəssamlıq Akademiyasında dərs demək üçün Güney Azərbaycana qayıdıb.
1976-cı ildə siyasi təzyiqlər səbəbindən Almaniyanın paytaxtı Berlində yaşayırdı.

Dünya Azərbaycanlıları Konqresinin həmsədri Firudin Pərvizniya, qurumun Avropa üzrə koordinatoru Əli Hacı Ağaevli, İdarə Heyətinin üzvləriNurəddin Qərəvi, Əhməd Mehribanivə Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu İdarə Heyətinin üzvləri Əkbər Behkəlamın vəfatı ilə bağlı başsağlığı veriblər.

Xəbər 3 dəfə oxunub.
Seçilən
21
xezernews.az

1Mənbələr