AZ

Daha bir taekvondoçumuz Türkiyədəki beynəlxalq turnirdə medal qazanıb

Daha

Azərbaycan taekvondoçusu Minayə Əkbərova (46 kq) Antalya şəhərində keçirilən "Turkish Open" beynəlxalq turnirində bürünc medal qazanıb.

Azərbaycan Taekvondo Federasiyasından Xalqcebhesi.az-a verilən məlumata görə, təmsilçimiz mükafata gedən yolda 4 rəqibini üstələyib.

O, yarımfinalda türkiyəli rəqibinə uduzaraq fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Qeyd edək ki, daha əvvəl Ülvi Məmmədov (37 kq) yarışın gümüş medalına sahib çıxmışdı.

Seçilən
27
11
xalqcebhesi.az

10Mənbələr