AZ

Türkmən qazı Türkiyəyə idxal olunur



Türkiyənin BOTAŞ şirkəti ilə Türkmənqaz arasında Türkmən qazının Türkiyəyə gəlməsini təmin edəcək müqavilə imzalanıb.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar verib. Razılaşmaya əsasən, tədarüklərə 2025-ci il martın 1-də başlanması planlaşdırılır.

Qeyd edək ki, Türkiyə ilə Türkmənistan arasında təbii qaz ticarəti ilə bağlı 1998-ci ildə başlayan danışıqlar 27 ildən sonra yekunlaşıb. Prezident Rəcəb Tayyib Ərdoğan 2024-cü il martın 1-də Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyəyə gələn Türkmənistan Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.

Görüşdə iki ölkə arasında təbii qaz və neft sahəsində əməkdaşlığın artırılmasına dair müqavilələr imzalanıb, Türkmənistanın zəngin təbii qaz ehtiyatlarının Türkiyəyə və Türkiyə vasitəsilə Qərbə daşınması niyyəti bəyan edilib.

Mehman Mehdiyev
Seçilən
13
newscenter.az

1Mənbələr