AZ

“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar metro stansiyalarına yeni adlar veriləcək

Bu il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar adsız zirvələrə yeni adlar veriləcək.

 

Senzor.az bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı tədbirlər planında nəzərdə tutulub.

 

Bundan başqa, Bakı şəhərində və digər böyük şəhərlərdə prospekt, küçə, meydan və müvafiq ərazi vahidlərinə, metro stansiyalarına yeni adların verilməsi də nəzərdə tutulub.

 

Bununla bağlı Prezident Administrasiyası, Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Geodeziya və Kartoqrafiya Agentliyi, yerli icra hakimiyyəti orqanları, Prezidentin xüsusi nümayəndəlikləri, Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi, Milli Məclis tədbirlər həyata keçirməlidirlər.

Seçilən
21
41
senzor.az

10Mənbələr