AZ

Vəfat edən şəxsin pensiya kapitalını bu şəxslər ala bilər

Vətəndaş illərlə işləyir və pensiya kapitalında müəyyən məbləğ toplanır.

Əgər şəxs pensiya yaşına çatmamış və ya pensiya almağa başladıqdan sonra kapitalını tam istifadə etməmiş vəfat edərsə, onun fərdi hesabında toplanmış pensiya kapitalının aqibəti necə olur?

Publika.az "Xəzər" TV-yə istinadla bildirir ki, vəkil Kamandar Hüseynov deyir ki, vəfat edən şəxsin pensiya kapitalı vərəsələrə ödənilə bilər.

Ölən şəxsin ailə üzvləri notarius vasitəsilə vərəsəlik hüququ əldə etdikdən sonra Dövlət Sosial Müdafiə Fondundan vəsaiti almaq üçün müraciət edə bilərlər.

Seçilən
10
22
publika.az

10Mənbələr