AZ

Rusiya 2021-ci ildən həbsdə olan amerikalını azad etdi

Ajans.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Nəşr qeyd edir ki, Vitkoff Moskva ilə gizli danışıqlar aparıb. Onun Rusiyada olması isə şəxsi təyyarəsi ilə Rusiya paytaxtına uçan zaman bəlli olub.

Trampın milli təhlükəsizlik müşaviri Mike Uoltsun sözlərinə görə, Vitkoff ABŞ prezidentinin göstərişi ilə mübadilə çərçivəsində Fogeli öz təyyarəsi ilə Rusiyadan çıxarıb.

Fogel 2021-ci il avqustun 14-də həyat yoldaşı ilə Nyu-Yorkdan gələn zaman Şeremetyevo hava limanında saxlanılıb. Baxış zamanı onlardan kontakt linzaların qablaşdırmasında və elektron siqaret patronlarında gizlədilmiş marixuana və həşiş yağı aşkar edilərək götürülüb.

Həmin şəxs ABŞ səfirliyinin ərazisində gizlənə bildiyi üçün məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. Nəticədə o, 14 il müddətinə azadlıqdan məhrum edilib.

Seçilən
11
1
Ajans.az

2Mənbələr