AZ

​Baham adalarında köpək balığı turistlərə hücum etdi

Baham adalarının məşhur turizm məkanı olan Bimini körfəzində köpək balığının hücumu nəticəsində iki amerikalı turist yaralanıb. Metbuat.az xəbər verir ki, qadınların üzərkən hücuma məruz qalaraq ağır yaralandığı bildirilir. Hadisədən sonra hər iki turist əlavə tibbi yardım üçün təyyarə ilə Nyu-Providens adasına aparılıb. Baham adaları polisi hücumla bağlı araşdırma başlatdıqlarını açıqlayıb. Yerli dairələrin məlumatına görə, hər iki zərərçəkən ABŞ vətəndaşıdır və onlar üzgüçülük zamanı hücuma məruz qalıb. Zərərçəkənlərdən birinin ağır bədən xəsarətləri aldığı məlum olub.

Qeyd edək ki, sonuncu dəfə Baham adalarında köpəkbalığı hücumu 2023-cü ildə qeydə alınmışdı.

Seçilən
20
1
metbuat.az

2Mənbələr