Çempionlar Liqasında pley-off mərhələsinin oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, ilk oyun Fransada baş tutub. PSJ "Brest"ə 3 cavabsız qolla qalib gəlib. Oyunda hesabı 21-ci dəqiqədə Vitinya açıb. Daha sonra isə səhnədə Dembele olub. O, 45 və 60-cı dəqiqələrdə komandasının digər iki qolunu vurub.

Qeyd edək ki, pley-offun qalibləri 1/8 finalda mübarizə aparacaqlar.