AZ

Azərbaycan Premyer Liqasında qış bazarlığı bitdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan klublar 2024/2025 mövsümünün qalan hissəsi üçün transfer işlərini yekunlaşdırıblar.

Arena.az xəbər verir ki, fevralın 11-də Azərbaycanda qış “transfer pəncərəsi” bağlanıb.

Cari mövsümün ikinci yarısı üçün yanvarın 14-də açılmış fevralın 10-dan 11-nə keçən gecə bağlanıb.

Başqa sözlə, klublar son keçidlərini fevralın 10-da saat 23:59-dək gerçəkləşdiriblər. Beləliklə, qış transfer dönəmi 28 gün çəkib.

Bundan sonra klublar yalnız azad agent statusu daşıyan futbolçuları heyətə cəlb edə bilərlər.

Azərbaycan klublarının qış fasiləsi dönəmində həyata keçirdiyi transferlərin siyahısı isə belədir:

Qarabağ

Gələnlər: Kadi Borges (“Ferentsvaroş”, Macarıstan)
Gedənlər: Olavio Juninyo (“Flamenqo”, Braziliya), Julio Romao (“Ferentsvaroş”, Macarıstan), Riçard Almeyda
Müqavilə müddətini artıranlar:

Araz-Naxçıvan

Gələnlər: Əyyub Allaş (“Şerif”, Moldova)
Gedənlər:
Müqavilə müddətini artıranlar:

Turan Tovuz

Gələnlər: Rəhim Sadıxov (“Sumqayıt”), Anton Kraçkovski (“Dinamo”, Mahaçqala, Rusiya), Orxan Əliyev (“Kəpəz”), Kauan Alexandre Martins de Paula (“Brera”, Şimali Makedoniya), Joarlem Batista Santos (“Şaveş”, Portuqaliya), Hayderson Hurtado (“Yablonets”, Çexiya)
Gedənlər: Oto Con (“Əl-Mədinə”, Liviya), Sadiq Şəfiyev (“Kəpəz”, icarə)
Müqavilə müddətini artıranlar:

Zirə

Gələnlər:
Gedənlər: Abbas İbrahim
Müqavilə müddətini artıranlar: İssa Cibrilla, Salifu Suma

Sabah

Gələnlər: Stas Pokatilov (“Tobol”, Qazaxıstan), Umarali Rahmonaliyev (“Rubin”, Rusiya, icarə)
Gedənlər: Elvin Camalov (“Neftçi”)
Müqavilə müddətini artıranlar:

Sumqayıt

Gələnlər: Momo Yansane (“Torpedo”, Kutaisi, Gürcüstan), Ronaldo Vaskes (“Quabira”, Boliviya)
Gedənlər: Fernando Medeyros, Rəhim Sadıxov (“Turan Tovuz”), Nikola Vuynoviç, Kristian Velinovski, Cordan Rezabala
Müqavilə müddətini artıranlar:

Şamaxı

Gələnlər: Cəlal Hüseynov (“Arda”, Bolqarıstan, icarə), Murad Vəliyev (“Levadiya”, Estoniya), Vüsal Məsimov (“Səbail”), Andrey Tırkovyanu (“Pasifik”, Kanada), Alfons Mabula Msanqa (“Spartak”, Serbiya), Vladislav Veremeyev (“Yelqava”, Latviya)
Gedənlər: Ramin Əhmədov, Qurban Səfərov, Zahid Mərdanov, Conatan Benteke, Emin Zamanov.
Müqavilə müddətini artıranlar: Edqar Adilxanov, Arsen Ağcabəyov

Neftçi

Gələnlər: Ryonosuke Ohori (“Transinvest”, Litva), Elvin Camalov (“Sabah”), Bassala Sambu (“Enosis”, Cənubi Kipr), Aleks Fernandes (“Baltika”, Rusiya, icarə)
Gedənlər: Mark Tamaş
Müqavilə müddətini artıranlar:

Kəpəz

Gələnlər: Rati Ardazişvili (“Samtrediya”, Gürcüstan), Şervoni Mabatşoev (“İstiklol”, Tacikistan), Trent Buhaqyar (“Breşiya”, İtaliya), Sadiq Şəfiyev (“Turan Tovuz”, icarə)
Gedənlər: Orxan Əliyev (“Turan Tovuz”), Mahir Həsənov (“Difai”, icarə), Lassana Ndiaye, Redon Mihana
Müqavilə müddətini artıranlar:

Səbail

Gələnlər: Marko Nikoliç (“Turan”, Qazaxıstan), Mirabdulla Abbasov, İnnosent Nşuti (“One Knoxville”, ABŞ)
Gedənlər: Vüsal Məsimov (“Şamaxı”), Gülağa Əsədov
Müqavilə müddətini artıranlar:

Seçilən
7
2
arena.az

9Mənbələr