UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.
“Qafqazinfo” xəbər verir ki, Fransanın PSJ klubu “Brest”lə üz-üzə gəlib və oyun Paris klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun mərkəzi matçında “Mançester Siti” yerli azarkeşləri önündə “Real”ı qəbul edib. Məhsuldar keçənən matçda “kral klubu” əzmkar qələbə qazanıb - 3:2.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi
“Brest” (Fransa) – “PSJ” (Fransa) - 0:3
“Sportinq” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya) - 0:3
“Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya) - 2:3
“Yuventus” (İtaliya) – “PSV” (Niderland) - 2:1
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin digər 4 oyunu bu gün keçiriləcək.