AZ

“Hərbi doktrina”ya dəyişiklik edilməlidir -Politoloq

Bakı həmin sənədlərdə Qərbi Zəngəzurun tarixi Azərbaycan torpağı olduğunun anonsunu verməlidir

"Ermənistanın Baş naziri Nikol Paşinyanı sülh sazişinin imzalanması üçün Konstitusiyada zəruri dəyişikliyə necə vadar etmək olar? Rəsmi Bakı “Milli Təhlükəsizlik Konsepsiyası”na və “Hərbi doktrina”ya dəyişikliklər edəcəyini və həmin sənədlərə Qərbi Zəngəzurun tarixi Azərbaycan torpağı olduğunu və buna uyğun siyasət aparacağı bəndini əlavə edəcəyinin anonsunu verməlidir". 

Bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. 
Ekspert bildirib ki, parlamentdə bu məsələ müzakirəyə çıxarıla bilər: 

"Bu halda Paşinyan anlamalı olacaq ki, əgər Konstitusiyadan Azərbaycan ərazisinə iddia edilən bəndi qısa müddətdə çıxarmasa, rəsmi Bakı da iki vacib dövlət sənədinə Qərbi Azərbaycanla bağlı bənd əlavə edəcək. Paşinyan bunu istəmirsə, Ermənistan Konstitusiyasında zəruri dəyişikliyi sürətləndirməli olacaq. Ümumiyyətlə, Azərbaycanın “Milli Təhlükəsizlik Konsepsiyası”nda və “Hərbi doktrinası”nda başqa zəruri dəyişikliklərə də ehtiyac var. Hər iki sənədin ana maddələrini işğal altındakı torpaqların azad olunması təşkil edir. Biz bu məsələni həll etmişik, həmin bəndlərə daha ehtiyac yoxdur. Məsələn, bəndlərdən birində belə yazılıb: “Ölkənin sürətlə inkişaf edən iqtisadiyyatında aparılan islahatlara və əldə edilən mühüm nailiyyətlərə baxmayaraq, Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü ciddi siyasi və sosial çətinliklər yaradır. Bu problem Azərbaycan Respublikasının milli maraqlarına qarşı ən ciddi təhdiddir və regiondan kənara da öz təsirini göstərməkdədir”. 

Analitikə görə, bu bəndə artıq ehtiyac yoxdur:
 "ATƏT-lə bağlı belə bəndlər var: “Azərbaycan Respublikası ona qarşı təcavüzün və ərazisinin bir hissəsinin işğalının nəticələrini aradan qaldırmaq üçün münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə nizamlanmasının tərəfdarı olmaqda davam edir”, “Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində oynadığı rol baxımından ATƏT-lə əməkdaşlıq Azərbaycan Respublikasının xarici siyasətində xüsusi yer tutur”. Bu gün nə ATƏT-in özünün, nə də Minsk qrupunun Azərbaycan üçün aktuallığı mövcuddur. Sənədlərdə bu bəndlərin əvəzinə bölgədə yaranan yeni durumu əks etdirən müddəalar əks olunmalıdır. Türkiyənin Azərbaycanla strateji müttəfiqliyi və “Şuşa bəyannaməsindən” irəli gələn vəzifələrin vurğulanmasına ehtiyac var".
Seçilən
44
sherg.az

1Mənbələr