AZ

Ərəb ölkələri Qəzzanı yenidən qurmaq üçün öz planlarını hazırlayır

Ərəb ölkələri ABŞ prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı planına alternativ təqdim etməyə hazırdır.

“Report” xəbər verir ki, bunu İordaniyanın xarici işlər naziri Ayman əl-Səfədi “Al Jazeera” telekanalına şərhində bildirib.

Nazirin sözlərinə görə, ərəb ölkələri Trampın planına alternativ təqdim etməyə və Qəzza zolağında humanitar fəlakətə son qoymağa qadirdir.

Əl-Səfadi bildirib ki, İordaniya tərəfi ABŞ-a səfəri zamanı Amerika liderinə fələstinlilərin qovulmasına deyil, ədalətli və hərtərəfli sülhə nail olmaq məqsədi daşıyan mövqeyini açıqlayıb:

“Biz Qəzzanın əhalisini köçürmədən yenidən qurulmasına əsaslanan ərəb planı üzərində işləyirik”.

Seçilən
10
4
report.az

10Mənbələr