İtaliyanın baş naziri Corcia Meloni bildirib ki, İtaliyanın Palermo şəhərində mafiyaya qarşı böyük əməliyyat nəticəsində 180-ə yaxın adam həbs edilib...
Poliqon xəbər verir ki, bu barədə həmçinin Reuters Agentliyi yerli polisin bəyanatına istinadən məlumat yayıb. Agentlik yazır ki, mafiya üzvləri narkotik ticarəti, qanunsuz silah saxlamaq, adam öldürməyə cəhd, hədə-qorxu ilə pul tələb etmək və onlayn qumar oynamaqda ittiham olunurlar.
İtaliyanın baş naziri qeyd edib ki, həbs olunanlar Siciliya mafiya sindikatı “Cosa Nostra”nın üzvləridir. Baş nazirin sözlərinə görə, həbs olunanlar arasında cinayətkar ailələrin başçıları da var.
Qeyd edək ki, “Cosa Nostra” sindikatının fəaliyyətinin zirvəsi 1980-1990-cı illərə təsadüf edir. Daha sonra “Cosa Nostra”nı Kalabriya mafiyası “Ndrangheta” əvəz edib. Palermonun mafiya ailələri bütün şəhər və əyalətdə koordinasiya olunur, əsasən narkotik alveri ilə məşğul olurlar.
Polis bildirib ki, “Cosa Nostra” Siciliyalı gənclərini öz sıralarına cəlb etməyə davam edir.
Poliqon.info