AZ

Nazir müavini: Ötən il 2500 gənc özünüməşğulluq proqramından faydalanıb

2024-cü ildə Dövlət Məşğulluq Agentliyinin Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirdiyi özünüməşğulluq proqramından 2500 gənc faydalanıb.

TƏHSİL.BİZ  xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov İnsan İnkişafı Forumunda çıxışı zamanı deyib.

O həmçinin qeyd edib ki, ötən il təxminən 16 minə yaxın gənc müxtəlif peşə kurslarına cəlb edilib. İl ərzində isə 150-dən çox əmək yarmarkası təşkil olunub, peşə yönümlü xidmətlərin sayı 200 mini keçib.

"İqtisadi tərəqqi təkcə kapital və təbii sərvətlərdən deyil, eyni zamanda insan zəkası və innovasiyalardan asılıdır", - deyə nazir müavini gənclərə çağırış edib.

 

Seçilən
21
tehsil.biz

1Mənbələr