AZ

“Qəzzanın yenidən qurulması əhali köçürülmədən aparılmalıdır” – İordaniya Kralı

İordaniya Kralı II Abdullah bildirib ki, Qəzza zolağının yenidən qurulması əhali köçürülmədən aparılmalıdır.

Tribunainfo.az xəbər verir ki, bu barədə Kral Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşündən sonra özünün X səhifəsində yazıb.

“Görüş zamanı mən İordaniyanın fələstinlilərin Qəzza və İordan çayının qərb sahilindən köçürülməsinə qarşı sarsılmaz mövqeyini bir daha təkrarladım. Bu, ərəb ölkələrinin ortaq mövqeyidir. Hər kəs üçün prioritet Qəzzanın sakinlərini köçürmədən yenidən qurulması, eləcə də zolaqdakı çətin humanitar vəziyyətin həlli olmalıdır”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, İordaniya regionda hamı üçün ədalətli və hərtərəfli sülhə nail olmaq üçün tərəfdaşlarla səmərəli işləməyi davam etdirmək niyyətindədir.

Seçilən
7
3
tribunainfo.az

10Mənbələr