Avtomobil istehsalçıları öz model sıralarını yenidən nəzərdən keçirməyə davam edirlər və 2026-cı ilə qədər bir neçə məşhur avtomobil modeli istehsal xəttindən çıxarılacaq.
Bu barədə Pravda.ru məlumat yayıb.
Səbəblər qismində elektrikləşmə, ayrı-ayrı seqmentlərə tələbatın azalması və krossoverlərə yönəlmə göstərilir.
Hansı modellər daha istehsal olunmayacaq?
?Porsche 718? ? ?Boxster? və ?Cayman? modelləri yerlərini elektrik mühərriklə işləyən varislərə verəcək.
?Porsche Macan? ? benzinlə işləyən versiyası elektrikli ?Macan EV?ə yol açaraq bazarı tərk edəcək.
?BMW 8 Series? ? aşağı tələbat gələcək istehsalı qeyri-rentabelli edir.
?Lexus RC? ? idman kupesi rəqabətə tab gətirə bilmədi və brendin strategiyasına uyğun gəlmir.
?Mercedes-Benz GLC Coupe? ? kupevari SUV populyarlığını itirərək yerini ?GLC?nin klassik versiyalarına verir.
?Infiniti QX50? ? brend aşağı satışlar səbəbindən model sırasını azaltmağa davam edir.
Bu modellər niyə tarixə qovuşur?
Elektromobillərin artımı ? şirkətlər yeni texnologiyaların xeyrinə ənənəvi daxiliyanma mühərriklərindən imtina edirlər.
Krossoverlərin populyarlığı ? alıcılar kupe və sedanlar əvəzinə daha çox SUV-u seçirlər.
Xərclərin optimallaşdırılması ? istehsalçılar diqqəti gəlirli seqmentlərə yönəldirlər.