AZ

Somali Prezidenti Hasan Şeyx Mahmudun rəsmi qarşılanma mərasimi olub

Bakı. Trend:

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Somali FederativRespublikasının Prezidenti Hasan Şeyx Mahmudun fevralın 12-də rəsmiqarşılanma mərasimi olub.

Trend xəbər verir ki, hər ikiölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda SomaliPrezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Somali Prezidenti Hasan ŞeyxMahmudu qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Somali Prezidentinə raportverdi.

Somali Federativ Respublikasının və Azərbaycan RespublikasınınDövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında AzərbaycanPrezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudunqarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Seçilən
24
49
az.trend.az

10Mənbələr