AZ

Prezident İlham Əliyev: Bazarlarını bütün dünyaya açmaqla ÜTT-yə üzv ölkələr rəqabəti artıracaq, lakin, eyni zamanda, onlar yerli istehsalçıların maraqlarına ziyan vura bilərlər

Bakı, TurkicWorld

Bazarlarını bütün dünyaya açmaqla ÜTT-yə üzv ölkələr rəqabəti artıracaq, lakin, eyni zamanda, onlar yerli istehsalçıların maraqlarına ziyan vura bilərlər.

TurkicWorld xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN telekanalına müsahibəsində bildirib. Dövlətimizin başçısının müsahibəsi fevralın 11-də bu televiziya kanalında yayımlanıb.

Dövlət başçısı bildirib:

"Biz hələ də Ümumdünya Ticarət Təşkilatının üzvü deyilik, baxmayaraq, uzun illərdir, deyərdim, bir neçə onilliklərdir ki, danışıqların aktiv mərhələsindəyik. Bu prosesin məntiqi yekunlaşmamasının səbəbi sırf sizin dediklərinizdir. Proteksionizm, ikili standartlar, tariflər - bütün bunlar Ümumdünya Ticarət Təşkilatının təməl dəyərlərinə ziddir. Biz görürük ki, ölkələr öz bazarlarını qorumaq üçün tarifləri tətbiq edir, proteksionizm üsullarından istifadə edirlər və bu da Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə tamamilə ziddir.

Buna görə də biz danışıqlar prosesindəyik. Lakin, eyni zamanda, biz üstünlükləri və zəif tərəfləri ciddi qiymətləndiririk. Bizi narahat edən məqamlardan biri bizim indi müzakirə etdiyimiz mövzudur. Digəri isə ondan ibarətdir ki, bizim sənayemiz və ixrac potensialımız bunun üçün yaxşı hazır olmalıdır. Çünki bu vaxtadək bizim ixracın əsas hissəsi qazıntı enerji növləridir. Bunun üçün Ümumdünya Ticarət Təşkilatına üzv olmaq lazım deyil. Ölkə əmtəələrini bazarda satır.

Beləliklə, bazarlarını bütün dünyaya açmaqla Ümumdünya Ticarət Təşkilatına üzv ölkələr rəqabəti artıracaq. Lakin, eyni zamanda, onlar yerli istehsalçıların maraqlarına ziyan vura bilərlər. Beləliklə, biz bu prosesi balanslaşdırırıq və gələcək danışıqlar prosesində maksimum müsbət şərtləri əldə etməyə çalışırıq. Mən artıq demişəm ki, Azərbaycanın iqtisadiyyatı özünü təmin edir. Bizim ÜDM-ə münasibətdə ən aşağı səviyyəli xarici borcumuz var. Bizim konvertasiya oluna bilən valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir. Beləliklə, hər hansı əlavə bir imtiyaz lazım deyil. Biz malik olduqlarımızı itirmək istəmirik. Lakin, eyni zamanda, təşkilata qoşulma ilə bağlı bütün təkliflərimiz, - istər ikitərəfli əlaqələr istiqamətində ölkələrlə danışıqlar prosesində, istərsə də ümumilikdə təşkilatla bağlı, - qəbul olunarsa, hesab edirəm ki, proses daha da rəvan gedər".

Seçilən
32
12
turkic.world

10Mənbələr