AZ

Dövlət Xidməti təkərlərə 2 milyon manatdan çox pul - SƏRF EDƏCƏK

Dövlət Sərhəd Xidməti 5 ədəd açıq tender elan edib.

Dövlət Xidməti yüzlərlə təkərlər alır - TƏQRİBİ QİYMƏT

FED.az xəbər verir ki, sözügedən elanlar avtoşinlərin satın alınması ilə əlaqəlidir.

Tenderlər üzrə təkliflərin son təqdim olunma tarixi və vaxtı və zərflərin açılış tarixi və vaxtı 06.03.2025-ci il saat 09:30 müəyyən edilib.

Dövlət qurumunun ümumilikdə 4 648 ədəd avtoşin üçün 2,249,259.54 AZN ödəyəcəyi ehtimal olunur.

Tenderlər haqqında daha detallı aşağıdakı cədvəldə:

Satınalma predmeti

Neçə ədəd avtoşin alınacaq

Ehtimal olunan qiymət

1

Mühəndis texnikaları üçün avtoşinlər

74 ədəd

39.981,77 AZN

2

Zirehli texnikalar, kvodrasikllar və KAMAZ-43114 (43118) markalı avtomobillər üçün avtoşinlər

584 ədəd

547.543,55 AZN

3

Xüsusi və yük maşınları (6x6) üçün yüksək keçid qabiliyyətli avtoşinlər

454 ədəd

797.580,91 AZN

4

Yük avtomobilləri və avtobuslar üçün avtoşinlər

944 ədəd

417.422,92 AZN

5

Minik avtomobilləri üçün avtoşinlər

2 592 ədəd

446.730,39 AZN

 

Seçilən
10
fed.az

1Mənbələr