AZ

Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək

Bakı. Trend:

Fevralın 18-dən 20-dək Bakıda Azərbaycanın sədrliyi ilə AsiyaParlament Assambleyasının (APA) 15-ci plenar sessiyasıkeçiriləcək.

Trend xəbərverir ki, “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsindəparlament diplomatiyasının rolu” mövzusuna həsr olunmuş sessiyada30-dan çox ölkə parlamentinin və beynəlxalq təşkilatın nümayəndəheyətləri, o cümlədən 10-dan çox ölkə spikerinin iştirakıgözlənilir.

Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenarsessiyasının, siyasi, iqtisadi, büdcə və sosial sahələrə dairkomitələrinin iclasları keçiriləcək, müvafiq məsələlərə dair qərarlayihələri müzakirə olunacaq, bir sıra təşkilati məsələlərəbaxılacaq.

Sessiya dövründə tədbirdə iştirak edən nümayəndə heyətləriarasında bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdətutulur. Görüşlərdə APA-nın bugünü və gələcək inkişaf istiqamətləribarədə fikir mübadiləsi aparılacaqdır.

Sessiyanın sonunda Bakı Bəyannaməsi və APA Katibliyinin yekunhesabatı qəbul ediləcəkdir.

Məqalədə:
Seçilən
8
25
az.trend.az

10Mənbələr