AZ

Malayziya prezidenti paylaşımına İrem Dericinin mahnısını əlavə etdi: Məşhur müğənnidən şərh gəldi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Malayziya Prezidenti Enver İbrahim ölkəsində rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşdən sonra "Instagram" hesabında foto paylaşıb.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
İbrahim Ərdoğanla Malayziya-Türkiyə Biznes Forumunda görüşdüklərini bildirib.
"Ölkələrimiz arasında ticarət üzrə əməkdaşlığın təcili olaraq artırılmasının vacibliyini vurğuladım", - deyə o vurğulayıb.
"Təşəkkür edirəm, görüşənədək", - deyə Malayziya prezidenti paylaşımını türk dilində ifadələrlə tamamlayıb.
Enver İbrahim, həmçinin paylaşdığı fotoya məşhur türkiyəli müğənni İrem Dericinin "Kalbimin tek sahibine" mahnısını da əlavə edib və bu paylaşım qısa zamanda sosial mediada gündəm olub.
Paylaşıma çox sayda şərh gəlib və sosial şəbəkədə geniş müzakirə mövzusu olub.
Mahnının ifaçısı İrem Derici də paylaşıma şərh verib.
"Gözəl mahnıdır, - deyə Derici yazıb.
Seçilən
6
50
oxu.az

10Mənbələr