AZ

Yemək borusunda 3 fizioloji darlıq var və cisimlər həmin darlıqda ilişib qalır - Uşaq cərrahı

Bakı. Trend:

Hər bir ailə məlumatı olmalıdır ki, 2-3 yaşlı uşaqların əlininaltındakı kiçik əşyalar - fındıq, qoz, saqqız və s. məhsullaradiqqətli yanaşmaq lazımıdır.

Trend xəbərverir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqramhesabında canlı yayımda Səhiyyə Nazirliyi K.Y.Fərəcova adınaElmi-Tədqiqat Pediatriya İnstitutunun uşaq cərrahı Umud Musayevaçıqlayıb.

Onun sözlərinə görə, uşaq bu məhsullardan ağzına alsa, qida, yada daha pis, nəfəs borusunda ilişib qala və bu da xoşagəlməz hadisəilə nəticələnə bilər:

“Belə hallarda bəzi valideynlər özlərini itirirlər və ilkinyardım etməkdə çətinlik çəkirlər. Bir çoxları ilk tibbi yardımıbilmədən barmağını uşağın boğazına salır. Bu səhvdir. Çünkibarmaqla cismi nəfəs borusuna da itələyə bilərlər. Ona görə də,valideyn bilməlidir ki, uşağı ağzı aşağı, ayaqlarını qarnınayığaraq uzatmaq və kürəyindən vurmaq lazımdır. Belə olduqda yadcisim uşağın boğazından tez düşəcək. Yox əgər çıxmazsa, təcilixəstəxanaya çatdırmaq lazımdır. Bir də görürsən ki, valideyn belədeyir: “Uşaq filan şeyi ağzına qoydu, bir az öskürdü və uddu. Heçbir problem yoxdur”. Bu belə deyil, tənəffüsün normal olmasınabaxmayaraq, cisim ağciyərə düşə bilər”.

U.Musayev qeyd edib ki, yad cisim nəfəs borusunda deyil, yeməkborusundadırsa, bu zaman onun ölçüsü əsasdır:

“Çünki mədəyə, bağırsağa keçərsə əsas problem ölçü ilə bağlıyaranacaq. Yemək borusunda 3 fizioloji darlıq var və cisimlər həmindarlıqda ilişib qalır. Bu zaman uşaq tüpürcəyini uda bilmir, ürəkbulanması, qusma halları olur. Adətən uşaqlar saat batareyası, ətparçası, qəpik, xırda oyuncaqlar udurlar. Bunları uşağı zədələmədənçıxartmaq olur”.

Məqalədə:
Seçilən
11
1
az.trend.az

2Mənbələr