AZ

Bakıda Türk İnvestisiya Fondunun maliyyələşdirmə mexanizmləri təqdim ediləcək

Bu il fevralın 14-də Bakıda Türk İnvestisiya Fondunun maliyyələşdirmə mexanizmləri təqdim ediləcək.

Bu barədə Marjays Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK) bildirilib.

Qeyd edilib ki, “Türk İnvestisiya Fondunun yaradılması haqqında” 2023-cü il martın 16-da Ankara şəhərində imzalanmış Saziş Azərbaycan Respublikasının Prezidentinin 30 may 2023-cü il tarixində imzaladığı qanunla təsdiq edilib. Nizamnamə kapitalı 500 milyon dollar olan Fond artıq layihələrin maliyyələşdirilməsinə hazırlaşır.  

Bildiyiniz kimi, 2025-ci il üçün Türk Ticarət və Sənaye Palataları Birliyinə (TCCI) rəhbərlik Azərbaycana keçib və TCCI-da ölkəmizi Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) təmsil edir.

İlk dəfə Türk Ticarət və Sənaye Palataları Birliyinin təşəbbüsü və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı və Azərbaycan Beynəlxalq Bakının Baş sponsorluğu ilə “Türk İnvestisiya Fondu və TCCI: Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” keçiriləcək.

Tədbirdə Türk İnvestisiya Fondunun vəsaitlərindən istifadə qaydaları, qəbul olan layihələr üzrə meyarlar və maliyələşdirmə mexanizmləri barədə ilk dəfə rəsmi açıqlamalar veriləcək. 

Eyni zamanda, Təşkilata üzv ölkələrdəki biznes və investisiya imkanları, o cümlədən Azərbaycanın investisiya imkanları barədə geniş təqdimatlar olacaq.

Seçilən
46
32
marja.az

10Mənbələr