Bakı. Trend:
Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunda İranİslam Respublikasından gələrək Azərbaycan Respublikasınınərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “PVC” yüküaparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib.
Trend bu barədəDGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən xəbərverir.
Kinoloji xidmət itinin tətbiqi ilə keçirilən yoxlama zamanınəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcısistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə -metamfetamin aşkar edilib.
Eyni zamanda, nəqliyyat vasitəsinin sürücüsünün üzərində şəxsiyoxlama aparılıb. Yoxlama zamanı onun üzərindən 2 bükümdə, ümumiçəkisi 4,771 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkarolunub.
Faktla bağlı araşdırma aparılır.