AZ

Azərbaycan yetkin neft yataqlarında hasilatı iki dəfə artıra bilər – BCG

Bakı. Trend:

Azərbaycan yetkin neft yataqlarında hasilatı iki dəfə artırabilər.

Bu haqda “Boston Consulting Group”un (BGC) idarəedici direktoruvə partnyoru Vladimir Roqov Trend-ə açıqlama verib.

O bildirib ki, Azərbaycandakı yetkin neft yataqlarınınəksəriyyəti ən yüksək göstəricilərinə uzun illər əvvəl çatıb.

“Ölkənin enerji hasilat sektoru artıq ciddi çağırışlarlaüzləşməkdədir: neft hasilatında azalma əlamətləri müşahidə olunur,qaz hasilatı isə platoya yaxınlaşır. Daha cavan yataqlarda tətbiqolunan dünya praktikasından fərqli olaraq, bu aktivlər hələlikmüasir hasilat texnologiyalarından tam şəkildə yararlanabilməyiblər.

Bu cür texnologiyaların aktiv şəkildə tətbiqi həmin yataqlarınmaksimum potensialından istifadə etməyə, onların istismar müddətiniuzatmağa və yeni iri kapital qoyuluşlarına zərurət yaranmadanhasilat həcmlərini genişləndirməyə kömək ola bilər”, - deyə V.Roqovbildirib.

İdarəedici direktor xatırladıb ki, BCG-nin neft-qaz sənayesindəmənfəətliliyin azalması problemlərinə həsr olunmuş beynəlxalqaraşdırması çərçivəsində hasilatın artırılması və xərclərinazaldılması strategiyaları hazırlanıb.

“Araşdırmadan əldə olunan bəzi nəticələr bunlardır:

- Hasilatda istismar xərclərinin 2030-cu ilə qədər 700 milyarddollara çatacağı gözlənilir. Bu arada 2020-ci ildən etibarənxərclərin inflyasiyası artıq 25 faizə yüksəlib.

- Xərclərin ixtisarı ilə bağlı təşəbbüslərə baxmayaraq, bir çoxşirkətlər dayanıqlı effektə nail olmağın çətinlikləri iləüzləşiblər.

- Strukturlaşdırılmış yanaşma xərclərin 30 faizə qədərazaldılmasını təmin edə bilər”, - deyə o bildirib.

Roqovun sözlərinə görə, BCG araşdırmasında göstərilən yanaşmalarmövcud əməliyyat imkanları çərçivəsində hasilat itkisinin vəplanlaşdırılmamış durğunluqların minimallaşdırılmasına yönəlib,həmçinin, qabaqcıl hasilat texnologiyaları və əməliyyatstrategiyaları sayəsində əlavə məhsuldarlıq potensialınınaşkarlanmasına kömək olur.

O qeyd edib ki, Azərbaycan üçün bu, xarici neft-qaz şirkətləriilə müqayisədə daha çox aktualdır.

“Ölkənin yetkin yataqları nəhəng gerçəkləşməmiş potensialamalikdir, lakin hasilatın optimallaşdırılması və xərclərinazaldılması üzrə səylər hələlik ilkin mərhələdədirlər. Biz hasilatsəmərəliliyinin artırılması və xərclərin azaldılması sahəsində"asılı qalan meyvələri” təzəlikcə toplamağa başlamışıq. Qlobalneft-qaz sənayesində hasilatın effektivliyinin artırılmasıtədbirləri hesabına hasilat artımı bir qayda olaraq 2-5% təşkil edəbilər.

Lakin Azərbaycanın imkanları bu baxımdan unikaldır: tarixixüsusiyyətləri və yetkin yataqların vəziyyəti hesabına hasilat birçox hallarda iki dəfə artıq da ola bilər. Hasilatınoptimallaşdırılması , xərclərin ixtisarı və aktivlərin bərpasımövcud ehtiyatlardan maksium dərəcədə effektiv istifadəni təminetmiş olacaq. Beləcə, neft və qaz hasilatının platoya çatmaqdaolduğunu nəzərə alsaq, optimallaşdırma strategiyaları enerjitəhlükəsizliyinin təmin olunmasında və gələcək enerji sektorununformalaşdırılmasında həlledici rol oynaya bilər”, - deyə obildirib.

Qeyd edək ki, Azərbaycan Energetika Nazirliyinin məlumatınagörə, 2024-cü ildə ölkədə neft və kondensat hasilatı 29,1 milyonton təşkil edib, bunun 24,4 milyon tonu ixrac olunub.

1 yanvar 2025-ci ilə olan məlumata əsasən, Azərbaycanın sübutolunmuş neft ehtiyatları 7 milyard barel təşkil edir.

Ölkədə hasil olunan neftin əsas hissəsi "Azəri-Çıraq-Günəşli"(AÇG) yataqlar blokunun payına düşür. Hesablamalara görə, 2024-cüildə AÇG-də hasilat cəmi 125 milyon barel olub, 2025-ci ildə isə bugöstəricinin 123 milyon barelə qədər azalacağı gözlənilir.

Seçilən
18
1
az.trend.az

2Mənbələr