Kanada heç vaxt ABŞ-ın 51-ci ştatı olmayacaq.
Bunu Kanadanın Baş naziri Castin Trüdo deyib.
O, ölkəsinin ABŞ Prezidenti Donald Trampın bu açıqlamalarına ciddi yanaşdığını vurğulayıb.
“Aydın olsun istəyirəm: Kanada heç vaxt ABŞ-ın 51-ci ştatı olmayacaq. Bu, heç vaxt baş verməyəcək”, – Trüdo Brüsseldə jurnalistlərə açıqlamasında qeyd edib.
Xatırladaq ki, fevralın 9-da Tramp Kanadaya təkrarən 51-ci ştat olmaq təklifini edib./Globalinfo.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta