AZ

ABŞ Rusiya vətəndaşını azadlığa buraxdı

ABŞ-da çirkli pulların yuyulmasında iştirakda ittiham edilən Rusiya vətəndaşı Aleksandr Vinnik azadlığa buraxılıb.

Axar.az xəbər verir ki, bu barədə TASS-a onun fransalı vəkili Frederik Belot məlumat verib.

"Aleksandra qarşı iş bağlanıb. Məndə olan məlumata görə, o, artıq azadlıqdadır", - bildirilib.

Vəkil bildirib ki, o, yaxın vaxtlarda Rusiyaya göndəriləcək.

Bundan əlavə, Ağ Ev ABŞ-ın Rusiya ilə cari məhbus mübadiləsi çərçivəsində Vinniki azad edəcəyini təsdiqləyib.

Seçilən
57
4
axar.az

5Mənbələr