Bakının Yasamal rayonunda yük maşını ağaca çırpılıb.
APA xəbər verir ki, hadisə Əhməd Cəmil küçəsi ilə Əbdülrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində baş verib.
Belə ki, "Scania" markalı yük maşını Əbdülrəhim bəy Haqverdiyev küçəsi ilə hərəkətdə olan zaman idarəetməni itirərək, yol kənarındakı ağaca çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Əraziyə dağılan ağac parçaları Bakı Yaşıllaşdırma İdarəsinin əməkdaşları tərəfindən toplanıb.
Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülüb.
Faktla bağlı araşdırma aparılır.
***
00:08
Paytaxtın Yasamal rayonu Ə.Haqverdiyev küçəsi ilə Ə.Cəmil küçəsinin kəsişməsində yük avtomobilinin ağaca dəyməsi nəticəsində sıxlıq yaranıb.
APA xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülür.