AZ

ABŞ Ukrayna ilə bağlı danışıqlara kimin nəzarət edəcəyini açıqlayıb

Ukraynada münaqişənin həlli prosesində Rusiya dominant mövqedə olacaq...

Poliqon xəbər verir ki, bu barədə təqaüddə olan amerikalı hərbi kəşfiyyatçı Skott Ritter X sosial şəbəkəsindəki səhifəsində bildirib.

Onun sözlərinə görə, Vaşinqton və Moskva Ukraynanın iştirakı olmadan danışıqlar aparmağı planlaşdırır. Ritter hesab edir ki, RusiyaABŞ atəşkəs sazişi bağlamayacaq.

Keçmiş kəşfiyyatçı vurğulayıb ki, Moskva təkcə danışıqlarda deyil, həm də döyüş meydanında vəziyyətə nəzarət edəcək. O əlavə edib ki, ABŞ prezidenti Donald Tramp bunu Ukraynanın sülh üçün yalvarması üçün qəsdən edir.

Poliqon.info

Seçilən
28
poliqon.info

1Mənbələr