AZ

Uşaq meydançasının altında BOMBALAR...

İngiltərədə uşaq meydançasında İkinci Dünya Müharibəsindən qalma çoxlu sayda partlamamış bomba aşkar edilib.

News24.az bildirir ki, İngiltərə Müdafiə Nazirliyi açıqlamasında iki bombanın Britaniya ordusu tərəfindən çıxarıldığını söyləyib.

Sahədə işin ilk günündə İkinci Dünya Müharibəsinə aid olduğu bildirilən 65 ədəd 10 kiloqramlıq təcrübə bombası və tüstü patronu, ikinci gün isə daha 90 ədəd təcrübə bombası aşkar edilib.

Qeyd edilib ki, parkın yenidən açılmasından əvvəl bütün bombalar tapılmalı və götürülməlidir.

Zəhraxanım Şeydayeva

Seçilən
22
news24.az

1Mənbələr