AZ

Niderland Ukraynaya 25 zirehli tırtıllı maşın göndərəcək

Bakı. Trend:

Niderland hökuməti Ukraynaya yaralıların daşınması üçün 25 ədədYPR zirehli tırtıllı maşın göndərəcək.

Trend xəbər verirki, bu barədə Niderland Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin bəyanatına görə, bu qərarı krallığın müdafiə naziriRuben Brekelmans Ukrayna üzrə əlaqə qrupunun (UDCG) görüşündə elanedib.

Bundan əlavə, Niderland Ukraynaya vəəd edilmiş sonuncu T-72tanklarını və F-16 qırıcılarının yeni partiyasını da təhvilverib.

Məlumatda qeyd olunub ki, Haaqa Ukraynaya hərbi yardım üçünümumilikdə 10 milyard avrodan çox vəsait ayırıb və bu məbləğintəxminən 6 milyard avrosu artıq istifadə edilib.

Seçilən
15
az.trend.az

1Mənbələr