AZ

ABŞ-da rekord büdcə kəsiri

ABŞ Maliyyə Nazirliyi yanvar ayı üçün büdcə balansı hesabatını açıqlayıb.

Marja xəbər verir ki, federal hökumətin büdcə kəsiri 1 oktyabr 2024-cü ildə başlayan və 30 sentyabr 2025-ci ildə başa çatacaq 2025-ci maliyyə ilinin dördüncü ayında 129 milyard dollar təşkil edib.

Keçən ilin yanvar ayında federal hökumətin büdcə kəsiri 22 milyard dollar idi. Beləliklə, büdcə kəsiri keçən ilin eyni ayı ilə müqayisədə təxminən 6 dəfə artıb.

Bu dövrdə büdcə kəsiri üçün bazar proqnozu 88,1 milyard dollar kəsir idi.

Yanvarda büdcə gəlirləri təxminən 8 faiz artaraq 513 milyard dollara, xərclər isə təxminən 29 faiz artaraq 642 milyard dollara çatıb.

4 aylıq büdcə kəsirində 58% artım

2025-ci maliyyə ilinin dördüncü ayı olan yanvar ayında ölkənin cəmi büdcə kəsiri əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 58%  artaraq 840 milyard dollara çatıb. Kəsir ötən ilin eyni dövründə 532 milyard dollar olub.

Maliyyə ilinin ilk dörd ayında gəlirlər əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 1 faiz artaraq 1,6 trilyon dollara, xərclər isə 15 faiz artaraq 2,4 trilyon dollara çatıb.

büdcə kəsiri
Seçilən
46
2
marja.az

10Mənbələr