AZ

Sumqayıtda arvadını qətlə yetirməkdə şübhəli bilinən ər saxlanılıb - YENİLƏNİB

09:42 13.02.2025
09:42 13.02.2025

Sumqayıtda 1984-cü il təvəllüdlü Cəmalə İmran qızı Quliyevanı öldürməkdə şübhəli bilinən həyat yoldaşı, 1975-ci il təvəllüdlü Qorxmaz Quliyev saxlanılıb.

Mynews.az xəbər verir ki, o, hadisəni törətdikdən sonra Sumqayıt Şəhər Polis İdarəsinə gedərək hadisənin törətdiyini etiraf edib.

Qətl hadisəsinin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

02:24

Sumqayıtda ər arvadını boğaraq öldürüb.

Mynews.az xəbər verir ki, hadisə şəhərin Yaşıl dərə yaşayış massivində qeydə alınıb.

1984-cü il təvəllüdlü Cəmalə Quliyevanın həyat yoldaşı tərəfindən boğularaq öldürüldüyü bildirilir.

Hadisəni törətməkdə şübhəli bilinən ər saxlanılıb.


Seçilən
38
35
mynews.az

10Mənbələr