UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu mükafatına namizədlər açıqlanıb.
Publika.az xəbər verir ki, siyahıda adəti üzrə 4 namizəd yer alıb. Bunlar Vinisius Junior (Real), İqor Payşao (Feyenoord), Serou Qirassi (Borussiya Dortmund) və Vangelis Pavlidisdir (Benfika).
Vinisius “Mançester Siti” ilə oyunda (3:2) 2 assist edib, Qirassi “Sportinq”lə maçtda (3:0) 1 qol və 1 məhsuldar ötürməyə imza atıb. Payşao “Milan”la (1:0), Pavlidis isə “Monako” ilə matçda komandasının görüşdəki yeganə qolunu vurub.