Mərkəzi Bankın apardığı cari nəzarət prosesləri çərçivəsində “Eliko" MMC-nin vəzifəli şəxsini 10 min manatdan çox cərimələnib.
Valyuta.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində, valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulmasının aşkarlanması ilə əlaqədar “Eliko" MMC-nin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 430.3-cü maddəsinə müvafiq olaraq, 10 334 (on min üç yüz otuz dörd) manat məbləğində cərimə edilib.
Bununla yanaşı, "Eliko" MMC-nin digər vəzifəli şəxsi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq, 1 500 (min beş yüz) manat məbləğində cərimə edilib”