AZ

İqtisadiyyat naziri: "Vergi siyasəti iqtisadi səmərəliliyə böyük təsir göstərir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Vergi siyasəti iqtisadi səmərəliliyə böyük təsir göstərir. Vergilər iqtisadi tənzimləmələr, sosial bərabərsizliyin azaldılması və ümumi iqtisadi inkişafın təşviqində mühüm rol oynayır".
Oxu.Az xəbər verir ki, bu fikirləri "VERGİ XİDMƏTİ - 25: Davamlı inkişaf və effektiv transformasiya" Forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, 2019-cu ildən vergi sistemində həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində ciddi irəliləyişə nail olunub:
"Əmək bazarında təşviq mexanizminə əsaslanan vergi islahatlarının nəticələri ABŞ-nin nüfuzlu Harvard Universitetinin ekspertləri tərəfindən də yüksək dəyərləndirilib. Universitet tərəfindən aparılan təhlillər də göstərir ki, islahatlar iqtisadiyyatın "ağardılması", bizneslərin leqallaşması baxımından səmərəli olub, eyni zamanda qeyri-neft sektorunda iqtisadi aktivliyi stimullaşdırıb. Azərbaycan eyni məsələlərlə qarşılaşan digər ölkələr üçün uğurlu nümunə hesab edilib".
Məhərrəm Əliyev
Seçilən
99
41
oxu.az

10Mənbələr