1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İnflyasiya ABŞ Prezidenti Donald Trampın iqtisadi planlarını poza bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Qeyd olunur ki, Trampa əmək və səhm bazarları yüksələn güclü iqtisadiyyat miras qalıb, lakin güclü inflyasiya onun əl-qolunu bağlaya bilər. Fond bazarlarının düşməsi və istiqraz bazarı pis vəziyyətdə olduğu üçün investorlar artıq həyəcanlanmağa başlayıblar. Bundan əlavə, ümumi qiymətlər son üç ayda illik 4,5 faiz artaraq, nəzərdə tutulan iki faizlik hədəfdən xeyli yuxarıdır.
Beləliklə, inflyasiya Trampın, o cümlədən, vergilərin azaldılması, immiqrasiya məhdudiyyətləri və tariflərin yüksəldilməsini nəzərdə tutan iqtisadi planlarını poza bilər. Üstəlik, bu addımlar inflyasiyanı daha da artıra bilər.