Ağcabədi. Trend:
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotikvasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarıştədbiri nəticəsində rayon sakini Vüsal Əliyev saxlanılıb.
Trend xəbərverir ki, onun idarəsində olan avtombildən götürülən çantaya baxışzamanı 6 kiloqram marixuana, 2 kiloqram heroin və 2 kiloqram həşişaşkarlanıb.
V.Əliyevin narkotiki satış məqsədi ilə İran sakinindən əldəetdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsindəhəbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.