AZ

Ağcabədi polisi rayon sakininin avtomobilindən 10 kiloqram narkotik vasitə aşkarlayıb

Ağcabədi, 13 fevral, AZƏRTAC

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini Vüsal Əliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, onun idarəsində olan avtombildən götürülən çantaya baxış zamanı 6 kiloqram marixuana, 2 kiloqram heroin və 2 kiloqram həşiş aşkarlanıb. V.Əliyevin narkotiki satış məqsədi ilə İran sakinindən əldə etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Seçilən
23
20
azertag.az

10Mənbələr