Bu gün futbol üzrə Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün pley-off mərhələsinin (1/16 final) ilk oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, oyunların hamısı eyni günə təsadüf edəcək.
İspaniya təmsilçisi “Betis” səfərdə Belçikanın “Gent” komandasının qonağı olacaq.
Digər maraqlı görüş Danimarkada baş tutacaq. “Kopenhagen” doğma meydanda Almaniyanın “Haydenhaym” komandası ilə qarşılaşacaq.
Xatırladaq ki, Konfrans Liqasında pley-off mərhələsinin cavab görüşləri fevralın 20-də keçiriləcək.
Konfrans Liqası
Pley-off mərhələsinin ilk oyunlar
13 fevral
21:45. “Baçka Topola” (Serbiya) – “Yagelloniya” (Polşa)
21:45. “Çelye” (Sloveniya) – APOEL (Kipr)
21:45. “Vikinqur” (İslandiya) – “Panatinaikos” (Yunanıstan)
21:45. “Molde” (Norveç) – “Şemrok Rovers” (İrlandiya)
00:00. “Gent” (Belçika) – “Betis” (İspaniya)
00:00. “Borats” (Bosniya və Herseqovina) – “Olimpiya” (Sloveniya)
00:00. “Omoniya” (Kipr) – “Pafos” (Kipr)
00:00. “Kopenhagen” (Danimarka) – “Haydenhaym” (Almaniya)