AZ

AES-də vəziyyət GƏRGİNDİR, MAQATE missiyası ROTASİYA EDƏ BİLMİR

Zaporoje Atom Elektrik Stansiyasında vəziyyət nəzarət altındadır.

“İki sahil” xəbər verir ki, bu barədə RİA Novosti-yə AES-in ictimaiyyətlə əlaqələr şöbəsinin direktoru Yevgeniya Yaşina bildirib.

Qeyd edək ki, bir gün əvvəl, fevralın 12-də MAQATE nümayəndələrinin stansiyada rotasiyası baş tutmayıb. Rusiya tərəfi Ukrayna Silahlı Qüvvələrini beynəlxalq ekspertləri daşıyan karvanı atəşə tutmaqda ittiham edib.

"Vəziyyət gərgindir, lakin nəzarət altındadır" deyən Yaşinanın sözlərinə görə, dekabrın 10-dan stansiyada üç ekspert olub və dünən dörd müfəttiş onları əvəz etməyə yollanıb.

Rusiya Xarici İşlər Nazirliyi Rusiya hərbçilərinin müşayiəti ilə MAQATE katibliyi ekspertlərinin karvanının minaatan və pilotsuz təyyarələrdən atəşə tutulduğunu bildirib. Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri artilleriya, minaatan və pilotsuz uçuş aparatlarından istifadə etməklə 12 zərbə endirib. Bundan əvvəl fevralın 5-də rotasiya da təxirə salınmışdı. Ukrayna Xarici İşlər Nazirliyi daha sonra bəyan edib ki, MAQATE missiyanı Rusiyadan təhlükəsizlik zəmanəti olmadığına görə təxirə salmağa məcbur olub.

Seçilən
9
ikisahil.az

1Mənbələr