Bakı. Trend:
Bu gün dünya miqyasında Azərbaycan-Türkiyə əlaqələrinin bənzərivə nümunəsi yoxdur.
Trend xəbərverir ki, bunu Prezident İlham Əliyev fevralın 13-də TürkiyəRespublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə vəsəlahiyyətli səfiri Birol Akgünün etimadnaməsini qəbul edərkən deyib.
Dövlətimizin başçısı qeyd etdi ki, bu gün dünya miqyasında ənyaxın müttəfiqlər arasında belə Azərbaycan-Türkiyə əlaqələrininbənzəri və nümunəsi yoxdur. İkitərəfli əsasda strateji müttəfiqliksəviyyəsində olan əlaqələrimizin üçtərəfli platformalarda dainkişaf etdiyini deyən Prezident İlham Əliyev bu xüsusda,Azərbaycan-Özbəkistan-Türkiyə və Azərbaycan-Pakistan-Türkiyəüçtərəfli əməkdaşlıq mexanizmlərinin əhəmiyyətini qeyd etdi.
Türk dünyasının bizim ailəmiz olduğunu vurğulayan dövlətimizinbaşçısı bunu Milli Məclisdə Azərbaycan Prezidenti kimi andiçməmərasimində bir daha dediyini xatırlatdı.