AZ

BP ötən il Azərbaycanda sosial layihələrə maliyyələşdirilməni 89 % artırıb

2024-cü ildə BP şirkəti və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları sosial investisiya layihələrinə Azərbaycanda 1,5 milyon ABŞ dollar vəsait xərcləyiblər.

“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından ötən ilin nəticələri üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Məlumata görə, bu, 2023-cü illə müqayisədə 0,5 milyon ABŞ dolları və ya 25 % azdır.

Bildirilib ki, 2024-cü il ərzində bu layihələrə hazırda davam edən 25 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 3 layihə və ətraf mühit üzrə 1 təşəbbüs daxildir.

2024-cü ildə bu layihələrə hazırda davam edən 23 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 3 layihə və ətraf mühit üzrə 1 təşəbbüs daxil olub.

Bundan əlavə, BP ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə ötən il təxminən 1,7 milyon ABŞ dolları vəsait xərcləyib ki, 2023-cü illə müqayisədə 0,8 milyon ABŞ dolları və ya 88,9 % çoxdur.

Bunlara hazırda davam edən 22 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə, ətraf mühit üzrə 4 təşəbbüs, ölkənin zəngin mədəni irsini və idmanı təbliğ edən 2 layihə və müxtəlif mövzularda 11 konfrans və seminara dəstək, yəni ümumilikdə 40 layihə daxildir.

Seçilən
8
2
report.az

3Mənbələr