“Ermənistan hərbi potensialını gücləndirir və bəzi üçüncü tərəflərin bölgədə destruktiv fəaliyyəti sülh və sabitliyə xidmət etmir”.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 1-də Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində təşkil olunan Azərbaycan tədqiqatları üzrə II Avropa Konfransının xüsusi sessiyasında çıxışı zamanı danışıb.
Xarici işlər naziri 19 sentyabr tarixində keçirilmiş anti-terror tədbirlərini səciyyələndirən amillər barədə məlumat verib. Nazir Ermənistan tərəfindən sülh prosesinə qarşı törədilən maneələri qeyd edib.
Anti-terror tədbirlərindən sonra ölkəmizə qarşı qərəzli və təxribatçı ittihamların regiona səfər edən, eləcə də Ermənistanda aktiv fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları ilə ziddiyyət təşkil etdiyi və ölkəmizə qarşı iddiaların əsassızlığının sübut olunduğu xatırlanıb.