AZ

“İçərişəhər” Dövlət Qoruğunun sədri təyin olunan Rüfət Mahmud KİMDİR? – DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Sərəncamı ilə Rüfət Nahid oğlu Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilib.

Bizim.Media Rüfət Mahmudun dosyesini təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

Rüfət Mahmud “İçərişəhər” Dövlət Qoruğuna sədr təyin edildi – SƏRƏNCAM


Rüfət Mahmud 2001-2006-cı illərdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb.

O, 2007-ci ilin avqust-sentyabr aylarında Dünya Bankında məsləhətçi kimi fəaliyyət göstərib. 2008-2009-cu illərə isə İqtisadiyyat Nazirliyində departament müdiri vəzifəsini icra edib.

R.Mahmud 2009-2018-cü illərdə Azərbaycan Risk Peşəkarları Assosiasiyasının Direktorlar Şurasının sədri olub. 2019-2022-ci illərdə isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri vəzifəsində çalışıb.

O, 2023-cü il yanvarın 11-də “Socar Rus” MMC-nin rəhbəri təyin edilib.

Bizim.Media

Seçilən
39
9
bizim.media

10Mənbələr