1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Sumqayıt şəhərinin bəzi hissələrində suyun verilişində fasilələr yaranıb.
Sumqayıt Sukanal İdarəsindən Oxu.Az-a verilən məlumata görə, Ceyranbatan qəsəbəsi ərazisində diametri 1000 mm olan magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Sumqayıt şəhərinin bir hissəsində su təminatı dayandırılıb.
Qəzanın aradan qaldırılması işləri yekunlaşdıqdan sonra saat 21:00-dan suyun verilməsi mərhələli şəkildə həyata keçiriləcək.