Azərbaycan I Liqasında XIV tur start götürüb.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə üç matç baş tutub.
Lider "Qəbələ" çətin İmişli səfərindən 3 xalla dönüb. Kaxaber Tsxadadzenin komandası rəqibini minimal hesabla üstələyib.
"Qırmızı-qaralar"ın əsas izləyicisi "Karvan" da turu maksimum nəticə ilə başa vurub. Yevlax təmsilçisi doğma meydanda MOİK üzərində inamlı qələbə qazanıb.
"Mingəçevir" isə "Cəbrayıl"la sülhə razılaşıb.
I Liqa
XIV tur
13 fevral
Mingəçevir – Cəbrayıl 0:0
İmişli – Qəbələ 1:2
Qollar: Dioqo Rollo, 72 - Şahin Şahniyarov, 58. Domi Massumo, 82.
Karvan – MOİK 3:1
Qollar: Bəhruz Teymurov, 2. Emil Qasımov, 6. Rəhman Şabanov, 18 - Vüsal Əsgərov, 29.