Rəssam-modelyer Elnarə Bəkirovanın atasını öldürüb quyuya atmaqda ittiham olunan Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.
Demokrat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
Bəyan edilib ki, təqsirləndirilən mühafizəçiyə verilmiş ittiham məhkəmə yolu ilə təsdiqini tapıb. Bu əsasla ona sanksiya həddində cəza təyin edilməlidir.
Prokuror yekun olaraq hər iki müttəhimin 20 il azadlıqdan məhrum edilməsini tələb edib.
Vəkillərə müdafiəyə hazırlanmaları məqsədilə vaxt verilib.
Qeyd edək ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. İttihama görə, 69 yaşlı Kamran Bəkirov pula görə öldürülüb. Araşdırma nəticəsində təqsirləndirilən şəxslərin hadisəni törətdikdən sonra külli miqdarda pul ələ keçirdikləri müəyyən edilib.



10Mənbələr
-
buta.mediaElnarə Bəkirovanın atasını öldürənlərə hökm oxunub ( 15484453)
-
buta.mediaElnarə Bəkirovanın atasını öldürənlərə hökm oxunub ( 15455691)
-
Ajans.azElnarə Bəkirovanın atasını öldürənlərə 19 il həbs verildi ( 15455043)
-
olay.azElnarə Bəkirovanın atasının qətlində təqsirləndirilənlərə hökm oxundu - Yenilənib ( 15454671)
-
cebheinfo.azElnarə Bəkirovanın atasını öldürənlərə 20 il həbs tələbi - FOTOLAR ( 15453567)
-
qafqazinfo.azElnarə Bəkirovanın atasını öldürənlərə hökm oxundu - Yenilənib ( 15453289)
-
day.azElnarə Bəkirova atasını öldürənlərin 20 il həbs olunmasını tələb edib - FOTO ( 15453137)
-
demokrat.azElnarə Bəkirovanın atasını öldürənlərə - 20 il həbs tələbi ( 15452457)
-
milli.azElnarə Bəkirova atasını öldürənlərin 20 il həbs olunmasını tələb edib - FOTOlar ( 15452477)
-
bizim.mediaElnarə Bəkirovanın atasını öldürənlərə 20 il həbs TƏLƏBİ ( 15452201)