AZ

AzMİU-dan həbs edilən modellə bağlı AÇIQLAMA

KİV-də məhkəmə qərarı ilə 30 sutkalıq həbs cəzası almış Çelsi Baxşıyevanın Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi olması ilə bağlı bəzi yanlış məlumatlar yayılıb. 

AzMİU-nun Mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev "Unikal"a bildirib ki, o, AzMİU tələbəsi deyil.

"Bildirmək istəyirik ki, Çelsi Baxşıyeva AzMİU-da təhsil alıb, 2023-2024-cü ildə normativ təhsil müddətini başa vurub. Artıq bizim tələbəmiz deyil. Xuliqanlıq maddəsi ilə həbs edilən Çelsi Baxşıyeva təhsil müddətində özünü nümunəvi tələbə kimi aparıb, heç bir xuliqanlıq halı, qeyri-etik hadisə müşahidə olunmayıb. Son olaraq baş verən hadisənin AzMİU-yə heç bir aidiyyatı yoxdur. Haqqında danışılan şəxsin hazırda universitetlə heç bir bağlılığı qalmayıb", - deyə açıqlamada deyilir. 

Seçilən
5
1
unikal.az

2Mənbələr