Astana. Trend:
Uzunmüddətli inkişaf strategiyası çərçivəsində Braziliyanın WEGşirkəti əlavə logistik obyektlərin yaradılması və qonşu ölkələrinbazarlarına, o cümlədən, Azərbaycan bazarına çıxış üçün əlavəinvestisiya ayırmağı planlaşdırır.
Trend “Kazakhİnvest”ə istinadən xəbər verir ki, bu haqda Braziliyanın WEGşirkətinin Mərkəzi Asiyadakı regional direktoru Sergey Muşenko iləQazaxıstanın xarici işlər nazirinin müavini Əlibek Kuantırov və “HKKAZAKH INVEST” səhmdar cəmiyyətinin idarə heyətinin sədr müaviniMadiyar Sultanbek arasında keçən görüşdə danışılıb.
Görüşün gedişində Muşenko bildirib ki, WEG nümayəndələriQazaxıstanda distribüter şəbəkəsinin genişlənməsi və anbarpotensialının artırılmasına maraq göstərir. O qeyd edib ki,uzunmüddətli inkişaf strategiyası çərçivəsində şirkət əlavəlogistika obyektlərinin yaradılması və qonşu ölkələr – Özbəkistan,Qırğızıstan və Azərbaycana çıxış üçün 2,5 milyon dollar ayırmağıplanlaşdırır.
Görüş çərçivəsində tərəflər şirkətin Qazaxıstandakıfəaliyyətinin genişləndirilməsi və elektroavadanlıq istehsalızavodunun tikintisi planının həyata keçirilməsi imkanlarınınmüzakirəsini davam etdirmək barədə razılığa gəliblər.
Qeyd edək ki, WEG elektrik avadanlığının istehsalı sahəsindədünya lideridir. Şirkət 12 ölkədə 45 istehsalat meydançasınasahibdir və 135-dən çox ölkəyə avadanlığın tədarükünü həyatakeçirir. Bu gün WEG Qazaxıstanda öz biznesini aktiv şəkildə inkişafetdirir. Şirkət Qazaxıstanın ən iri sənaye müəssisələrini, ocümlədən, “KAZ Minerals”, “Kazaxmıs”, “Kazsink”, “AltınAlmas”, ERGvə Qarmet şirkətlərini yüksək texnologiyalı elektrik avadanlığı ilətəchiz edir.